BAKI, 22 oktyabr. TELEQRAF
Mərkəzi Bankın oktyabr ayının proqnozlarına əsasən, 2026-cı il üçün neftin orta illik qiyməti 64 dollar ətrafında olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib:
"Təbii qazın beynəlxalq bazar qiymətinin isə 288 dollar (min kubmetr) olacağını proqnozlaşdırırıq. Proqnozlarımız cari əməliyyat balansının əsasən profisiti olacağını göstərir"- deyə sədr qeyd edib.