BAKI,18 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici bazarlara 61.21 min ABŞ dolları dəyərində xalça və döşəmə örtükləri ixrac edilib.

Teleqraf Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33.21% azalıb.

Hesabat dövründə Azərbaycana idxal olunan xalça və döşəmə örtüklərinin dəyəri isə 15 milyon 72.40 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 831 min 650 dollar və yaxud 10.83% azalma deməkdir .