BAKI,18 oktyabr. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.38% bahalaşaraq 3.0080 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 1.38 % azalıb. Beləliklə, qazın meqavat-saatı 31.93 avro olub.