BAKI, 6 oktyabr. TELEQRAF
Sentyabrda BMT-nin ət qiymətləri indeksi 127.8 bənd təşkil edərək avqust ayı ilə müqayisədə 0,7 faiz, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə isə 6,6 faiz artıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib.
Bildirilib ki, artım əsasən iribuynuzlu heyvan və qoyun ətinin qiymətlərindən qaynaqlanıb. Bundan əlavə ABŞ-da mal ətinə yüksək təlabat fonunda təklifin aşağı olması qiymətləri rekord səviyyəyə çatdırıb.