BAKI, 10 sentyabr. TELEQRAF
Bu ilin yanvar- avqust aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artıb.
Avqust ayında istehlak qiymətləri indeksi ötən ilin avqust ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 faiz artıb.
Bu ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artıb.
2025-ci ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artıb.