BAKI, 23 avqust. TELEQRAF
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0,25 ABŞ dolları, yaxud 0,36 % artaraq 69.73 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.