BAKI, 8 avqust. TELEQRAF
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin dəyəri 1,76 ABŞ dolları, yaxud 2,54% azalaraq 67,66 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.