BAKI, 19 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 562 milyon 23 min 700 manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.

Ticarət şəbəkəsində 290 milyon 4 min 200 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 272 milyon 19 min 500 manatlıq isə qeyri-qida məhsulları satılıb.