BAKI, 30 aprel. TELEQRAF
Qlobal iqtisadi qeyri-müəyyənlik indeksi aprel ayında bir əvvəlki aya görə 52% artaraq 33,2 bəndə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumat verib.
Təşkilat bildirilib ki, iqtisadi qeyri-müəyyənlik indeksi pandemiyadan bəri bu ilin aprelində ən yüksək səviyyəyə yüksəlib. Qlobal qeyri-müəyyənliyin əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın xarici ölkələrə tətbiq etdiyi gömrük rüsumlarıdır.
Açıqlanan tariflərdən sonra dünyanın iki ən böyük iqtisadiyyatı ABŞ və Çinin qarşılıqlı gömrük rüsumlarını 125 faizə yüksəldərək, qlobal miqyasda iqtisadi qeyri-müəyyənliyə səbəb olub.