BAKI, 21 aprel. TELEQRAF

Neftin qiyməti ticarət müharibəsinin enerji tələbatına təsiri ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşıb. İnvestorlar, eyni zamanda, Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları da diqqətlə izləyirlər.

Teleqraf xəbər verir ki, “Brent” markalı neft bir barel üçün 66 dollar səviyyəsinə enib. Bu, da 1 faizdən çox azalma deməkdir. ABŞ-nin xam nefti isə 63 dollara düşüb.

Xatırladaq ki, İranın xarici işlər naziri Tehranda İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlardan sonra ABŞ ilə bir sıra əsas məsələlər üzrə “daha yaxşı anlaşmanın” əldə olunduğunu açıqlayıb. Üç saatdan çox davam edən bu danışıqların aprelin 23-də Omanda yenidən başlayacağı planlaşdırılır. Görüş İran üçün neft təchizatı baxımından həlledici ola bilər.