BAKI, 22 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonunda yerləşənLake Hotel"in 4 ofisiantı elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Bu gün isə “Lake Hotel”in icarədarı Ağasif Verdiyev həbs edilib.

O, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmaqda ittiham edilir.

Teleqraf-ın məlumatına görə, ölkə gündəmini zəbt edən hadisəyə baxmayaraq, hotel əvvəlki qaydada işləyir, müştərilərə xidmət göstərir.

Teleqraf-ın əməkdaşı az öncə hoteldə olub. "Lake Hotel"in fəaliyyətini davam etdirdiyini əks etdirən fotoları lentə alıb.

Həmin fotoları təqdim edirik: