BAKI, 21 noyabr. TELEQRAF

"Arzum odur ki, bu il Qarabağ Universitetinə daxil olum və vətənimizin abadlaşmasında mənim də payım olsun".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında doğma yurduna köç edən Xocalı sakini Tərlan Həsənzadə deyib.

"17 yaşım var və bu gün nəhayət ki, 33 ildir gecikdiyimiz vətənə geri qayıdırıq. Həm sevincliyəm, həm də kədərli.Xocalı vətəndir, yurddur. Həmişə böyüklərdən dinlədiyim vətəni artıq canlı görmək şansım var".

Qeyd edək ki, bu gün Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.