![](https://teleqraf.az/storage/2025/02/03/715x378/untitled-design-2024-08-21t154822.png)
Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemləri Xəzər dənizi üzərində Ukraynaya məxsus PUA-nı məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 3-də Moskva vaxtı ilə saat 07:50 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Xəzər dənizi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edib”, - qurumdan bildirilib.