İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi Yol Patrul Xidməti avtomobilinin təhkim olunduğu inzibati ərazisində hərəkətdə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumun mətbuat xidməti ağır yol-nəqliyyat hadisəsindən daha bir video yayıb.

Verilən məlumata görə, avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edib.