İran raket hücumu zamanı əsas hədəfləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "İSNA" məlumat yayıb.

Xəbərdə deyilir ki, İran İnqilab Keşikçilərinin əsas hədəfləri Təl-Əviv yaxınlığında yerləşən 3 baza olub:

"F-35 təyyarələrinin olduğu Nevatim bazası, Hatzeri bazası, Həsən Nəsrullahı öldürmək üçün istifadə edilən F-15 təyyarələri və Tel bazası əsas hədəf olub" - bildirilib.

Hücum zamanı "Fəttah-1" raketlərindən istifadə olunduğu deyilir.