Ölkədə xarici vətəndaşların vaksin olunması müzakirə mövzusudur.

İllərdir Bakıda yaşayan Gürcüstan vətəndaşı Teleqraf.com-a bildirib ki, Bakıda vaksin olunmaq istəsə də poliklinika bundan imtina edib.

Teleqraf.com məsələni araşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

TƏBİB-dən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş strategiyaya əsasən ölkəmizdə 3 ay müddətində gəlmiş şəxslərin vaksin olunmaları nəzərdə tutulmayıb: "Hazırda ölkəmizdə müvəqqəti və daimi yaşama icazə almış şəxslərin peyvəndlənməsi işi həyata keçirilməkdədir".