BAKI, 31 avqust. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında III turun son oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında "Karvan-Yevlax" "Qarabağ"la qarşı-qarşıya gələcək.
Şamaxı şəhər stadionunda təşkil olunacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Tura "Bank Respublika Arena"da keçiriləcək “Sabah” - "İmişli"oyunu ilə yekun vurulacaq. Matçı baş hakim Fərid Hacıyev idarə edəcək.
Qeyd edək ki, turun açılış oyununda ə “Sumqayıt” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. “Turan Tovuz” isə səfərdə 1:0 hesabı ilə “Neftçi”ni məğlub edib. İkinci oyun günündə “Zirə” evdə “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” isə səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə yenib.
Azərbaycan Premyer Liqası, III tur
31 avqust
17:00. “Karvan-Yevlax” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu
19:30. “Sabah” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”.