BAKI, 8 iyun. TELEQRAF
İsrail və İran dərhal atəşkəs əldə etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial media hesabında bildirib.
"Hər iki tərəf - İsrail və İran dərhal atəşkəsə nail olmaq istəyir! Sülh üzrə yekun danışıqlar davam edir, bir şərtlə ki, cəhalət və ya axmaqlıq buna mane olmasın. Yekun saziş əldə olunana qədər blokada tam gücü ilə qüvvədə qalacaq. Proseslər sürətlə hərəkət etməlidir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!"- o qeyd edib.