BAKI, 8 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin iyunun 7-də Beyruta endirdiyi hava zərbələrindən narazı olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalının jurnalisti Trey Yinqstin sualını cavablandırarkən danışıb.

ABŞ lideri İsrailin Beyruta hücumları ilə bağlı mövqeyini qısa şəkildə ifadə edib.

“Mən bundan narazıyam”, - deyə Tramp bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 7-də Beyrutun cənub ətrafına zərbə endirib. Hadisədən sonra regionda gərginlik daha da artıb.