BAKI, 12 noyabr. TELEQRAF
ABŞ-nin enerji və nüvə təhlükəsizliyi üzrə yüksək vəzifəli rəsmiləri Prezident Donald Trampı ölkədə nüvə silahı sınaqlarını bərpa etməkdən çəkindirmək üçün yaxın günlərdə Ağ Evdə görüş planlaşdırırlar.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Enerji naziri Kris Rayt, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) administratoru Brandon Ulliams və ABŞ milli laboratoriyalarının nümayəndələri Trampı sınaqların lazımsız olduğuna inandırmağa çalışırlar.
Oktyabr ayında Tramp Pentaqona “digər ölkələrin” sınaq proqramları ilə əlaqədar nüvə silahı sınaqlarına başlamağı əmr edib.