BAKI, 10 mart. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günündə “Sabah” “Qəbələ”ni qəbul edəcək.
“Bank Respublika Arena”da təşkil ediləcək görüşə saat 19:15-də start veriləcək.
Matçda ədaləti baş hakim İnqibal Məmmədov qoruyacaq.
Qeyd edək ki, növbəti turun oyunları 13-15 martda keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXIII tur
10 mart
19:15. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”.