BAKI, 20 yanvar. TELEQRAF
Dövlət və hökumət rəsmilərinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına ziyarəti davam edir.
Teleqraf xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov şəhidlərin məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini yad edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Baş şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da ziyarətçilər arasındadır.
***
09:06
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Teleqraf xəbər verir ki, onlar şəhidlərin məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini yad ediblər.
Bundan başqa, Səhiyyə naziri Teymur Musayev Şəhidlər xiyabanını ziyarət edib.
FOTO: Elnur Muxtar