Qadınlararası voleybolda sabah yarımfinal qarşılaşmaları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ilk qarşılaşma saat 15:00-da Polşa və Serbiya kollektivləri arasında keçiriləcək. Görüşün əsas favoriti Polşa komandası sayılır.

Saat 19:30-da başlanılacaq digər görüş isə çox maraqla gözlənilir. Bu qarşılaşma Türkiyə və Azərbaycan qadın voleybolçuları arasında keçiriləcək. Hər iki komanda qrup mərhələsində artıq bir dəfə üz-üzə gəlib. Türkiyə kollektivi birinci oyunda 3-0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycan 1/4 final qarşılaşmasında Hollandiyanı 3-0 hesabı ilə məğlub edib.

Samir