"Yaxşı döyüş oldu. Rəqib çox təcrübəli və güclü idmançıdır. Əsas məqsədim ilk iki raundda üstünlük qazanıb, son raunda biraz gücümü qənaət edim. Şükür allaha buna nail oldum".
Bu sözləri Teleqraf.com-a açıqlamasında ölkəmizi 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybuya Musalov belaruslu Vitali Bandarenka üzərində qazandığı qələbədən sonra deyib.
Boks üzrə Azərbaycan millisinin baş məşqçisi Roque Otano Pedroya təşəkkürünü bildirən X.Musalov hər kəsi sevindirmək üçün əlindən gələni edəcəyinə söz verib: "Yarımfinala çıxmaq minimum vəzifə idi. Amma mənim məqsədim qızıl medaldır. Azarkeşləri yaxınlarımı sevindirmək üçün, Azərbaycan bayrağını qaldırmaq üçün birinci olmaq istəyirəm".
Hər iki döyüşün ağır keçdiyini deyən boksçu azarkeşlərin onu dəstəkləməsini əlavə üstünlük olduğunu bildirib: "Əlbəttə ki, tamaşaçıların səsini eşitmək məni daha çox ruhlandırırdı. Doğma meydanda heç kim pis çıxış etmək istəməz. Onlara minnətdarlığımı bildiriəm. Hər kəsi müqəddəs Ramazan ayı münasibətilə də təbrik edirəm".
Uğur