11.14
Bədii gimnastika üzrə fərdi çoxnövçülük yarışları davam edir.
Ayrı-ayrı hərəkətlərdə bu nəticələr qeydə alınıb: Kseniya Moustafayeva (Fransa, 34.650), Viktoriya Veynberq Filanovski (İsrail, 34.500), Mariya Mateva (Bolqarıstan, 33.300).
10:48
İyunun 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları başlayıb. Fərdi yarışlarda həlqə, top, gürz və lent ilə hərəkətlər təqdim olunur.
Xalçaya ilk olaraq Viktoriya Veynberq Filanovski (İsrail) topla çıxdı. Sonra Kseniya Moustafayeva (Fransa) gürzlə, Mariya Mateva (Bolqarıstan) lentlə, Marqarita Mamun (Rusiya) halqa ilə fərdi çıxışlar etdilər.
Yarışlar davam edir.
10.35
Bakı 2015 I Avropa Oyunlarında bədii gimnastikada fərdi yarışlara start verilib.
Teleqaf.com xəbər verir ki, çoxnövçülükdə mükafatçıları müəyyənləşdirəcək gimnastlar alətlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda Azərbaycanı iki idmançı Ayşən Bayramova və Marina Durunda təmsil edəcək.
Gimnastlarımız ayrı-ayrı alətlərdə də mübarizə aparacaq. Durunda və Bayramova həlqə, lent, top və gürzlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək.