Bu gün “Bakı 2015” Birinci Avropa Oyunlarında kişilər arasında keçirilən voleybol yarışının növbəti görüşləri keçirilib.

Teleqraf.com xəbər verir ki, günün son qarşılaşmasında Serbiyanın voleybol komandası Polşa ilə üz-üzə gəlib. İlk setdə hesab 25-13 sebrlərin xeyrinə olub. İkinci hissədə də üstün olan Serbiya kollektivi 25-21 hesabı ilə qələbə qazanıb. Üçüncü setdə Polşalılar üstün olub: 25-15. Dördüncü setdə də Polşa idmançıları üstün oyun göstərib: 25-23. Beşinci hissədə 15-9 hesabı ilə üstün olan polşalılar ümumi oyunda da qalibiyyətə sevinib: 3-2.

İtaliya 2-3 Belçika

İtaliya və Belçika komandaları görüşüB. İlk setdə Belçika kollektivi rəqibə aman verməyib: 26-24.

İkinci setdə İtaliya yığması üstünlüyü ələ alıb: 25-16. Üçüncü hissədə Belçika yenidən hesabda önə keçib: 25-19. Gərgin keçən dördüncü setdə də italyanlar hesaba tarazlıq gətirib: 25-12. Beşinci, həlledici setdə Belçika komandası üstün olub: 15-13.

Finlandiya 0-3 Türkiyə

Türkiyə kollektivi bu gün Finlandiyanı qəbul edib. Oyunu Sloveniyadan olan Sanca Miklosiç idarə edib. İlk setdən sonra hesab 1-0 Türkiyə komandasının xeyrinə olub: 25-14.

İkinci hissədə mükəmməl oyun göstərən türkiyəli voleybolçular hissəni öz xeyirlərinə başa vurub: 25-16. Üçüncü seti də böyük fərqlə bitirən Türkiyə komandası ümumi oyundan qalibiyyətlə ayrılıb: 25-12

Rusiya 3-1 Slovakiya

Günün ikinci qarşılaşması Rusiya ilə Slovakiya kollektivləri arasında baş tutub. İlk setdə 10 xal irəli olmasına baxmayaraq, Rusiya komandası son nəticədə məğlub olub: 26-24. Ruslar ikinci hissədə ümumi hesabı bərabərləşdiriblər: 25-17. Üçüncü setdə də rusiyalı idmançılar uğur qazanıb: 25-18. Dördüncü setdə də qalibiyyət əldə edən Rusiya voleybolçuları 3-1 hesabı ilə oyunu qələbə ilə başa vurub: 25-20.

Bolqarıstan 0-3 Almaniya

Oyunların 7-ci gününün ilk qarşılaşması Bolqarıstan və Almaniya milli komandaları arasında keçirilib. İlk setdə almanlar 25-20 hesabı ilə qələbə qazanıblar. İkinci hissənin də qalibi Almaniya kollektivi oldu: 25-18. Üçüncü seti də 25-22 hesabı ilə qələbə ilə başa vuran Almaniya komandası ümumi oyunun qalibi olub: 3-0.