BAKI, 4 dekabr. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığı üzrə komissiyanın iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Dekabrın 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığı üzrə qurumlararası komissiyanın beşinci iclası keçiriləcək”, - o qeyd edib.