|
"Azərbaycan hakimiyyətinin beynəlxalq nüfuzlu təşkilatlara hədə- qorxu gəlməsi qorxunun təsiridir"
Avropa Parlamentinin Azərbaycanda insan haqlarının pozulmsı ilə bağlı verdiyi qətnamədən sonra, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatları hədəfə alması ölkəmizin çox çətin duruma düşə biləcəyindən xəbər verir.
Teleqraf.az-ın əməkdaşı məsələyə münasibət bildirmək üçün KXCP Sədrinin müavini Oktay Gülalıyevə müraciət edib.
Oktay Gülalıyev Azərbaycanın yaxın zamanlarda öz mövqeyində yumşalması və geri çəkilməsi ilə müşahidə olunacağını bildirərək bunları dedi:
"Son zamanlar başda Avropa Parlamenti olmaqla bir sıra nüfuzlu qurumların Azərbaycanda insan haqlarının durumu ilə bağlı həyacan təbili çalması, sərt bəyanatlar və qətnamələr qəbul etməsi onu göztərir ki, dünya ictimaiyyəti ölkəmizdə baş verənləri diqqətlə izləməklə bərabər öz narahatlıqlarını elan edirlər. Bu narahatlıq həm də onun ifadəsidir ki, aparıcı beynəlxalq qurumlar Azərbaycanda insan haqlarının kobud şəkildə tapdanmasına, ictimai- siyasi fəalların şərlənərək həbsxanalara doldurulmasına göz yummaq fikrində deyil. Azərbaycan parlamentinin və hökümətinin haqlı iradlara verdiyi kəskin reaksiyalar isə narahatlığın və qorxunun təcəssümüdür. Bu münasibətlərin davamlı olması Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmasına yol açmaqla ölkəmizə qarşı müxtəlif sanksiyaların tətbiq edilməsi ilə sonuclana bilər. Amma hakimiyyətin Qərblə konfrantasiyaya gedib ondan birdəfəlik üz çevirəcəyi mümkün deyil. Təkcə ona görə yox ki, ortada Qərb şirkətləri ilə izmalanmış neft müqavilələri, transmilli layihələr var. Həm də ona görə ki, bizim oliqarxların özlərinin yatırımlarının, pullarının, mülklərinin böyük bir hissəsi Avropadadır. Azərbaycan hakimiyyətinin beynəlxalq nüfuzlu təşkilatlara hədə- qorxu gəlməsi yuxarıda qeyd etdiyimiz kimi qorxunun təsiridir. Bu həm də Rusiya amili ilə bağlıdır. Son zamanlar isə Rusiya Ukrayna hadisələrindən sonra iqtisadi və siyasi baxımdan itkilər verməkdədir. Yəni Rusiya zəifləməyə doğru gedir. Bu da Azərbaycanın yaxın zamanlarda öz mövqeyində yumşalması və geri çəkilməsi ilə müşahidə olunacaq. Bir sözlə hakimiyyətin Qərblə sona qədər konfrantasiyaya getməsi inandırıcı və real deyil. Amma hazırkı siyasətin davam edəcəyi təqdirdə beynəlxalq ictimiayyətin rəsmi Bakıya təzyiqlərinin artacağı istisna deyil. Bu yəzyiqlərin fonunda hansısa sanksiyaların da olması mümükündür."
-Garry Kasparov deyir ki, Putin 1000 Əl Qaidadan da təhlükəlidir.
Rusiyada 1990-cı illərdə yaranan böyük bizneslərin hamısı KQB ilə bağlı idi.
Qərb narahatdır ki, Ukraynaya verdiyi pulları korrupsiya “yeyəcək”.
Dünya mediası bu gün nədən yazır?
Hüquq müdafiəçisi İntiqam Əliyevin dörd vəkilindən üçü – Anar Qasımlı, Əlayif Həsənov və Fariz Namazlı onun müdafiəsindən kənarlaşdırılıb. Bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması ilə bağlıdır.
Aksiya oktyabrın 12-nə nəzərdə tutululr; yer üçün BŞİH-ə müraciət olunacaq.
Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər -Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin payız sessiyisanın ilk iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva silahlanma yarışında iştirak etməyəcək.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
KXCP Sədrinin müavini Xəzər Teyyublu Millli Şuradan çıxdığını bəyan edib.