|
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva silahlanma yarışında iştirak etməyəcək.
"Mən yeni silahlanma yarışı ilə bağlı proqnoz verməyə fikrim yoxdur. Biz birmənalı olaraq bu yarışda iştirak etməyəcəyik. Biz sadəcə vaxt yetişdiyinə görə, Silahlı Qüvvələrimizin modernizə etməyə başlamışıq. ABŞ nüvə arsenalı təzədir, lakin buna baxmayaraq onun da yenilənmək vaxtı gəlib çatır", - deyə Lavrov bildirib.