|
-Garry Kasparov deyir ki, Putin 1000 Əl Qaidadan da təhlükəlidir.
Rusiyada 1990-cı illərdə yaranan böyük bizneslərin hamısı KQB ilə bağlı idi.
Qərb narahatdır ki, Ukraynaya verdiyi pulları korrupsiya “yeyəcək”.
Dünya mediası bu gün nədən yazır?
Newsweek jurnalında şahmat üzrə keçmiş dünya çempionu Garry Kasparovun Putin barədə dedikləri çap olunub. Kasparov bildirir ki, Putin İslam Dövləti (İD) təşkilatından daha təhlükəlidir. Onun fikrincə, Putinin təhlükəsi 1000 dənə Al-Qaida təhlükəsindən çoxdur.
Yahoo news-a müsahibəsində Kasparov deyib ki, Putin dünyada ən təhlükəıli adamdır.
Ondan soruşulub ki, dünyada təhlükəsizliyə ən böyük təhlükə nədir? Kasparov deyib ki, “əlbəttə, Putin”.
O izah edib ki, Putini hərbi yolla məğlub etmək olmaz.
İD-ni isə hərbi yolla məğlub etmək olar. Kasparovun fikrincə, “əgər ABŞ istəsə, İD-ni 24 saata toza çevirər”.
Kasparov İD-nin məhv edilməsi haqda deyib ki, bir İD –ni dağıdacaqsınız, yerinə başqa İD gələ bilər. Ancaq sizin həmişə həll variantınız var, çünki bilirsiniz pul hardan gəlir. Siz Qətəri izləyə bilərsiniz, Səudiyyə Ərəbistanını izləyə bilərsiniz. Hərbi koalisiya yarda bilərsiniz və bunlar İD-ni hərbi və maliyyə cəhətdən sıxışdırar. Kasparov deyir ki, bütün bunları Putinlə edə bilməzsiniz. “Putin daimi təhlükədir”.
51 yaşlı Kasparov bundan əvvəl Twitterdə də Putini tənqid edoirdi. O yazırdı ki, Putin diktatordur, Rusiya intellektuallarını ölkədən çıxıb getməyə vadar edir.
O deyir ki, Putin nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyir, bunun üçün ona qlobal sabitsizlik yaratmaq lazımdır. “Əgər o, dünyanı nüvə silahı ilə şantaj etməyə başlasa, mən buna təəcüblənmərəm”.