|
KXCP Sədrinin müavini Xəzər Teyyublu Millli Şuradan çıxdığını bəyan edib.
Teleqraf.az xəbər verir ki, bu barədə Xəzər Teyyublu özünün “Facebook” səhifəsində yazıb.
"Bu gün KXCP- nin Ali Məclisinin növbəti sesiyası keçirildi.Gərgin ,həm də səmərəli ciddi müzakirələr keçdi. ictimai siyasi məsələlərə ,bələdiyyə seckilərinə rayon şöbələrindən mövqelər sərgiləndi. KXCP və Milli Şura münasibətlərinə dair çıxışlar oldu. Ali Məclis qarşısında Milli Şurada fəaliyyətimi dayandirdıgımı bəyan etdim. Milli Şuranın 2013 il Prezident seçkilərindəki faliyyəti müasir demokratik mübarizə tariximizin əhəmiyyətli hissəsi kimi öyrəniləcək. Milli Şura fəliyyətini bundan sonrakı dönəm ücün genişləndirməsini,siyasi,ictimai qüvvələrin ,hamının bir arada olmasını təmin edə bilməməsi acı təəssüfə çevrilməkdədir."