BAKI, 12 fevral. TELEQRAF
2025-ci ildə Suriya Prezidenti Əhməd Şaraa, daxili işlər və xarici işlər nazirləri beş sui-qəsd cəhdinin hədəfi olublar.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin İŞİD terror təşkilatının yaratdığı təhdidlərə dair hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, Şaraa ölkənin ən sıx məskunlaşmış vilayəti olan Hələbin şimalı və Dəraanın cənubunda İŞİD-ə bağlı qrup tərəfindən hədəfə alınıb.
Sənəddə Suriya daxili işlər naziri Ənəs Xəttab və xarici işlər naziri Əsəd Şibaniyə qarşı cəhdlərin tarix və detalları göstərilməyib.
Vurğulanır ki, bu sui-qəsd cəhdləri ekstremist təşkilatın Suriyanın hökumətini zəiflətmək niyyətində olduğunu daha sübut edir və onun ölkədə təhlükəsizlik boşluqları və qeyri-müəyyənlikdən fəal şəkildə istifadə etdiyini göstərir.
BMT-nin terrorla mübarizə üzrə ekspertlərinin fikrincə, İŞİD hələ də ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir və əsasən Suriyanın şimal və şimal-şərq bölgələrində təhlükəsizlik qüvvələrini hədəf alır.