BAKI, 19 iyun. TELEQRAF
“İranın Ali rəhbəri Əli Xamenei öz mövcudluğunu olmağa davam edə bilməz”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.
“Əli Xamenei müasir Hitlerdir və varlığını davam etdirə bilməz. İsrail Müdafiə Qüvvələrinin müharibə məqsədlərinə görə, bu adam varlığını davam etdirməməlidir. Xamenei kimi bir diktator İsrail dövlətini məhv etməyi özünün məqsədi elan edib və buna icazə verilə bilməz”, - nazir vurğulayıb.