Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar "Tolerantlıq: Milli kimlik vəhdəti" mövzusunda dəyirmi masa keçirilib.
Teleqraf.com-un verdiyi xəbərə görə, tədbirdə çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, bu gün Avropa baş verənlər təəssüf doğurur: "Bu mənada tolerantlığın əvəzi yoxdur. Biz bu istiqamətdə Azərbaycan modelini dünyada təbliğlik etməliyik".
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı deyib ki, son günlər baş verən hadisələrin siyasətbazlar tərəfindən İslama bağlanması bizi narahat edir.
Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev deyib ki, Azərbaycandakı tolerantlıq birdən-birə yaranmayıb:"Bu yüksək mədəniyyətin göstəricisidir. Ona görə də bütün dünya Azərbaycandakı bu tolerantlığı görməlidir. Bizim müdrüklər deyir ki, adamlar öz evində xoşbəxt olur. Bu mənada bizim hamımızın evi olan Azərbaycanda xoşbəxtik. Ona görə də Vətənimiz üçün çalışırıq, əmək sərf edirik, onun mübarizəsini müqəddəs bir vəzifə hesab edirik".
Prezident yanında Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin əməkdaşı Ceyhun Məmmədov bildirib ki, bu gün öıkəmizdəki tolerantlıq, multikultralizm siyasəti Azərbaycan hökumətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, son dövrlər dünyada baş verənlərin fonunda Azərbaycanın atdığı addımların doğru olduğu təsdiq olundu: "Dini icmalar bir araya gəlməyəndə, bir masa arxasında oturub fikir mübadiləsi aparılmayanda Fransadakı kimi hadisələr baş verir".
Bəxtiyar