BAKI, 5 dekabr. TELEQRAF
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlikləri arasında bəyannamə imzalanıb.
Teleqraf xəbər verir ki, sənəd əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi, gender bərabərliyinin təşviqi və digər istiqamətlərdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Bəyannaməyə əsasən, göstərilən sahələr üzrə fəaliyyətləri əlaqələndirmək məqsədilə Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə İşçi Qrupunun yaradılması qərara alınıb.