BAKI, 15 iyul. TELEQRAF

Bu gündən kənd təsərrüfatının növbəti siyahıyaalınması başlayır.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasında avqustun 15-dək kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcək.

Bu sahədə qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan kənd təsərrüfatının siyahıyaalınması ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-dək keçiriləcək.

On ildən bir aparılan siyahıyaalma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq.