Hollandiya Avropanın şimal ölkələrində quş qrupi virusunun yayılmasının qarşısını almaq məqsədilə 190 min ördəyi məhv edib.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, ördəklərin məxsus olduğu altı ferma paytaxt Amsterdamdan 70 kilomert şərqdə, Biddinghuizen kəndində yerləşir.

Yoluxucu H5N8 virusuna yoluxma halları Danimarka, İsveç, Almaniya və Finlandiyada qeydə alınıb.

Hollandiya höküməti deyib ki, onlar həmin kəndin 3 kilometr radiusunda olan quşları yoxlayırlar.

Həmçinin quşçuluq məhsullarının 10 kilomert radiusdan kənara çıxarılması qadağan edilib.