XOCALI, 19 fevral. TELEQRAF
Xocalı rayonunun Xanabad kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 38 ailəyə mənzillərin açarları təqdim olunub.


***
12:44
Xocalı rayon Xanabad kəndinə yola salınan ailələr mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamdan yola salınan 38 ailə mənzil başına çatıb.
Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək.
***
12:10
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 38 ailədən 154 nəfər Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı ilə yola salınıb.
Xanabad kəndinə köç edənlər bu günə qədər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
