XOCALI, 23 oktyabr. TELEQRAF

Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Təzəbinə kəndində sakinlərin normal yaşayış səviyyəsinin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb. Evlər müasir tələblər səviyyəsində bərpa edilib.

Qeyd edək ki, bununla da Təzəbinə kəndinə 95 ailə olmaqla 423 nəfər köçrülüb

***

13:03

Növbəti köç karvanı Xocalı rayon Təzəbinə kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 12 ailə, 55 nəfər Təzəbinə kəndinə çatıb.

Kəndə qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək.

***

11:48

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 12 ailə olmaqla 55 nəfər Təzəbinə kəndinə köçürülür. Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.