XOCALI, 8 sentyabr. TELEQRAF
Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə evlərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.
***
12:52
Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 15 ailə olmaqla 46 nəfər artıq öz dədə baba torpağına çatan ailələrə evlərin açarları təqdim ediləcək.
***
11:46
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə 15 ailə olmaqla 46 nəfər Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb.
Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Bu köç də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu kəndinə cəmi 69 ailə, yəni 237 nəfər köçürülüb.