BAKI, 18 avqust. TELEQRAF

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barədə həbs qətimkan tədbiri seçilib.

Teleqraf-ın xəbərinə görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.

Qərara əsasən, onların hər biri barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 17-də 3 əcnəbi Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə, qəbir və ya meyit üzərində təhqiredici hərəkət — iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.