BAKI, 10 oktyabr. TELEQRAF

Azərbaycan musiqisinə yeni nəfəs gətirən dahi Vaqif Mustafazadənin həyat hekayəsini ekranlaşdıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qalibi olmuş “Cazda birinci” tammetrajlı bədii film layihəsi dünya şöhrətli azərbaycanlı cazmen Vaqif Mustafazadədən bəhs edəcək.

Bildirilib ki, film muğamla cazı birləşdirərək dünyaya səs salmış sənətkarın sənət uğurlarını, Sovet senzurasının yaratdığı çətinlikləri və şəxsi həyatındakı sarsıntıları əks etdirəcək. Vaqif Mustafazadə musiqidə azadlığı, şəxsiyyətində isə milli kimliyi müdafiə edərək cazda özünəməxsus inqilab yaratmışdır.

“Cazda birinci” sənətə qurban verilmiş bir ömrün epik portretidir.