BAKI, 22 iyul. TELEQRAF

"NOW TV" də yayımlanan məşhur “Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” seiralının ikinci mövsümünün çəkilişləri ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə serialın prodüseri Fatih Aksoy məlumat yayıb. Prodüser serialın ləğv edilməsinin səbəbini maliyyə xərcləri ilə əlaqələndirib.

Qeyd edək ki, serial ilk mövsümündə RTÜK tərəfindən iki dəfə cəzalandırılıb, iki dəfə çəkiliş meydançasında yanğın çıxıb, Şakir Paşanın nəvələrinin şikayəti ilə efirdən yığışdırılmış və çəkiliş meydançasında bir nəfər ölmüşdü.