BAKI, 11 iyul. TELEQRAF
"Özəl sektor tərəfindən bir xarici filmin çəkilişindən 5 milyon dollar investisiya ölkəyə cəlb olunub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi" ilə bağlı media konfransında deyib.
R.Əzizov vurğulayıb ki, bu həm də yerli film sənayesinin inkişafı deməkdir.