BAKI, 21 may. TELEQRAF

Türkiyəli yutuber Murat Soner azərbaycanlı rejissor Rövşən İsaxa cavab verib.

Teleqraf.com xəbər verir ki, Murat Soner bir milyonluq izləyicisi olduğu "İnstagram" hesabında bu sözləri qeyd edib:

"Vicdan haqqı" serialının rejissoru məni tanımadığı üçün düşüncələrimə əhəmiyyət vermədiyini söyləyib. Amma serialla bağlı videoda mənim deyil, Azərbaycan xalqının rəyi, düşüncəsi yer alıb", - deyə qeyd edib.

Xatırladaq ki, Rövşən İsax Teleqraf-a açıqlamasında “Yutuber Murat Soneri tanımıram. Axı, o, elə bir ictimai fiqur deyil ki, fikirlərini müzakirə edək. Sosial platformalarda izləyicisi lap bir milyon olsun. Mənim üçün nəinki maraqlıdır, heç önəm də kəsb etmir. Adını eşitməmişəm, tanımıram, tanımaq da istəmirəm” demişdi.

Buna səbəb yutuberin ölkəmizdə çəkilən vloqda "Vicdan haqqı", “Əlvida xoşbəxtlik”, “Günahsız günahkarlar” kimi seriallarımızı tənqid etməsi olub. O, seriallarımızdan müəyyən epizodları paylaşaraq lağ obyekti edib.