BAKI, 21 may. TELEQRAF
Məşhur Amerika sitkomu "Cheers"də Norm Peterson obrazını canlandıran Corc Uendt 76 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, aktyor həmin komediya serialındakı roluna görə ardıcıl olaraq 6 dəfə "Emmi" mükafatı qazanmışdı.
Ailəsi aktyorun dünən evində vəfat etdiyini bildirib.