BAKI, 29 dekabr. TELEQRAF
Gənclər və idman naziri Fərid Qayıbov süni intellektdən istifadə edib-etmədiyini açıqlayıb.
Teleqraf-ın məlumatına görə, o, bu barədə 2025-ci ilin yekunlarına dair ölkənin əsas informasiya agentlikləri və televiziya kanallarına müsahibəsində danışıb.
“Nazirlik əməkdaşları edir, amma mən hələ ki, etmirəm. Bizim gənclər sahəsində layihələrimiz çoxdur. Həm də artıq ikinci ildir qrantlar elan edirik. Bu yaxşı şansdır ki, gənclər təşkilatları inkişaf etsin. Onların arasında süni intellektə yönəlmiş olanlar da var. Həmçinin xarici şirkətlə əməkdaşlıq etməyə başlamışıq. Onlar bizə süni intellekt vasitəsi ilə dataları hazırlayırlar. Bu barədə uzun danışmaq olar. Amma onu deyə bilərəm ki, buna başlamalı idik və biz də bunu etmişik” - nazir bildirib.
Qeyd edək ki, müsahibə ilə buradan tanış ola bilərsiniz.