TOVUZ, 4 iyul. TELEQRAF

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində üç narkokuryer saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunlar əvvəllər məhkum olunmuş 34 yaşlı İbrahim Heydərov, 26 yaşlı Nicat Qurbanov və 38 yaşlı Əfqan Kərimovdur.

Onlardan 2 kiloqram narkotik vasitə olan marixuana və 1 kq 460 qram həşiş aşkar edilib.

Müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuzda gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı, satış məqsədi ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.