TOVUZ, 25 iyun. TELEQRAF

Tovuz rayonunda dönərdən zəhərlənən 23 nəfərdən 20-sinin kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosu onların siyahısını təqdim edir:

Əli Əliyev (2022), Aysu Cəfərova (2007), Xatirə Musayeva (1979), Ruslan Əmraslanov (2008), Rəvan Eyvazov (2017), Ramal Eyvazov (2013), Daşdəmir Eyvazov (1983), Pünhanə Əkbərli (2006), Emil Kərimli (2016), Elif Kərimli (2018), Səhanə Əliyeva (1997), Aygün Hüseynova (2006), Qədir Yusifov (2012), Səbinə Muradova (1997), Şahanə İsmayılova (1987), Dilək Musayeva (2015), Nürəddin Məmmədov (2005), Suqara Abdullayeva (1991), Təhminə Məmmədova (2009), Məhəmmədəli Hacıyev (2008).

***

Tovuzda dönərdən zəhərlənlərin sayı yenidən artıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı hazırda 23 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlərdən biri hamilə qadındır.

Faktla bağlı araşdırmalar aparılır.

***

19:34

Tovuzda dönərdən zəhərlənənlərin sayı getdikcə artır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı hazırda 20 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

***

19:30

TOVUZ, 25 iyun. TELEQRAF

Tovuzda dönərdən zəhərlənənlərin sayı artır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı hazırda 17 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırmalara aparılır.

***

19:10

Tovuzda dönərdən zəhərlənənlərin durumu orta-ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, bu gün saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir",- məlumatda bildirilib.

Rəqsanə Həsənova

***

19:02

Tovuzda dönərdən zəhərlənən 13 nəfərin kimliyi bilinib.

Teleqraf onların siyahısını təqdim edir:

Əli Əliyev (2022), Aysu Cəfərova (2007), Xatirə Musayeva (1979), Ruslan Əmraslanov (2008), Rəvan Eyvazov (2017), Ramal Eyvazov ( 2013), Daşdəmir Eyvazov (1983), Pünhanə Əkbərli (2006), Emil Kərimli (2016), Elif Kərimli (2018), Səhanə Əliyeva (1997), Aygün Hüseynova (2006).

Daha bir nəfərin şəxiyyəti isə dəqiqləşdirilir. Zəhərlənən şəxslərin əkəsriyyəti bir ailənin üzvləri və qohumdurlar.

***

18:53

Tovuzda dönərdən zəhərlənlərin sayı artır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı hazırda 13 Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırmalara aparılır.

***

18:30

Tovuzda dönərdən zəhərlənənlərin sayı 12-yə çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda müəlicələri davam etdirilir.

***

18:16

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlar arasında azyaşlı da var, hazırda rayon xəstəxanasında müalicələri davam etdirilir.