GƏNCƏ, 24 may. TELEQRAF

Gəncədə bir evdə iki nəfər sirkə turşusundan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Süreyya Hacıyeva və 2001-ci il təvəllüdlü Ayişə Qəribova sirkə turşusundan zəhərlənib.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.